hava haqqinda Bakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9181
  • NEFT - $ 66.75
  • clouds-weather

İran, Rusiya və Venesuela: ABŞ 3 ölkəylə bağlı mövqeyini açıqladı

İran, Rusiya və Venesuela: ABŞ 3 ölkəylə bağlı mövqeyini açıqladı

“ABŞ müttəfiqlərinin rus qazından, özünün isə Venesuela neftindən asılılığını istəmir”. Cebhe.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

"Biz istəmirik ki, avropalı həmkarlarımız "Şimal axını-2" layihəsi ilə Rusiya qazına bu qədər bağlı olsunlar. Həmçinin biz də Venesuela neftindən asılı olmaq istəmirik",- deyə dövlət katibi Hyustonda konfransındakı çıxışında deyib.

ABŞ rəsmisi İranın neft ixracatının sıfıra endirilməsi istiqamətində fəaliyyətdən də söz açıb. Pompeo bildirib ki, sanksiya siyasəti davam edəcək: "İran özünü normal ölkə kimi aparana qədər bu davam edəcək".

Xatırladaq ki, ABŞ İranla neft sazişindən çıxıb və ona qarşı sanksiyalar yenidən bərpa olunub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 554