hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İran ABŞ-ın iddialarını rədd etdi və...

İran ABŞ-ın iddialarını rədd etdi və...

Səudiyyə Ərəbistanına edilən hücumların arxasında İranın dayanmasına dair ABŞ tərəfinin bəyanatları tamamilə yalandır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran XİN-dən bildirilib. XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi deyib ki, M. Pompeonun bəyanatında yer alan iddia yalandır. A.Musəvi bildirib ki, ABŞ-ın maksimum təzyiq siyasəti maksimum yalanla müşayiət olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində “Saudi Aramko” şirkətinə məxsus iki neft emalı zavoduna PUA ilə təşkil edilən hücum nəticəsində böyük yanğınlar baş verib.

ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının şərqindəki “Saudi Aramko” şirkətinə məxsus neft emalı zavodlarına təşkil edilən hücumda İranın əli olduğunu bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) isə bu arada İrana hərbi təcavüz olacağı təqdirdə ABŞ hərbi bazalarına zərbə endirməklə hədələyib.

İİKK-nin Kosmik Qüvvələr komandiri Əmir Əli Hacızadənin sözlərinə görə, ABŞ-ın hərbi təcavüzü vəziyyətində İran öz raketlərinin zərbə endirə biləcəyi bölgədə yerləşən Amerika hərbi bazalarına və hərbi gəmilərinə zərbələr endirəcək. Onun sözlərinə görə, İran hərbçilərinin hədəfi altında ABŞ-ın iki bazası və Yaxın Şərqdə bir Amerika gəmisi var.

Cebhe.info


Oxunma sayı: 716