hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İran açıqladı: Terror təşkilatının lideri ələ keçirildi

İran açıqladı: Terror təşkilatının lideri ələ keçirildi

İran Kəşfiyyat Nazirliyi, ABŞ-dakı “Tonder” terror təşkilatının liderinin tutulduğunu və ölkəyə gətirildiyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, ölkəyə gətirilən terror təşkilatı liderinin adının Cəmşid Şarməhdi olduğu bildirilib.

“Tonder” terror təşkilatı ilk terror planını 2003-cü ildə İranın Şiraz şəhərində keçirilən Məhərrəm ayı mərasimlərində həyata keçirib və hadisə nəticəsində 14 nəfər ölüb.

Təşkilatın İran İslam Respublikasının 1-ci Ali rəhbəri və qurucusu Ruhullah Xomeyninin məqbərəsində həyata keçirdiyi terror aktında isə 8 nəfər yaralanmışdı.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1222