hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

İran, Çin və Rusiya yaxın gələcəkdə Oman dənizində və Hind okeanının şimalında birgə hərbi dəniz təlimləri keçirəcək.

Cebhe.info Trend-ə istinadən bildirir ki, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq və müdafiə diplomatiyası məsələləri üzrə rəisi Qədir Nizami deyib.

Q.Nizaminin sözlərinə görə, bu hərbi təlimlər İranda İslam İnqilabından sonra ilk dəfə baş tutacaq.

Qərargah rəisi əlavə edib ki, hərbi təlimlərin müxtəlif məqsədləri olur:

"Çox vaxtlar hərbi təlimlərin məqsədi taktiki və hərbi təcrübələrin mübadiləsi olur. Bəzən hərbi təlimlər siyasi məqsədləri daşıyır və iştirakçılar arasında inteqrasiyanı əks etdirir".

Cebhe.info


Oxunma sayı: 1552