hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

İran elitasında türk düşmənçiliyi: “Onlarda azərbaycançılıq ruhu yoxdur”

İran elitasında türk düşmənçiliyi: “Onlarda azərbaycançılıq ruhu yoxdur”

“Azərbaycan İranın xarici hücumlara qarşı qalası olub. Çar Rusiyası, Osmanlı İmperiyası və Sovet İttifaqı ilə qarşı-qarşıya idik. Təbriz, müqavimət, və şəhidlər olmasaydı, bu təcavüz ölkənin sərhəd bölgələrinə də yayıla bilərdi”.

Bu sözləri İranın Ali dini rəhbəri Xamneyi 17 fevral 1978-ci ildə Təbrizdə baş vermiş kütləvi etiraz aksiyasının ildönümü ilə bağlı Azərbaycan əhalisi
ilə keçirdiyi videokonfrans vasitəsilə görüşdə deyib.

Xamneyi deyib ki, Azərbaycan tarixinə doğru yanaşma olmadan İran tarixinə münasibət səhvdir:

“Təbrizlilərin dastanı olmasaydı, Qum qanlı hərəkatı tək qalar və unudula bilərdi”.

Ayətullah Xamneyi çıxışı zamanı vurğulayıb ki, Azərbaycan görkəmli şəxsiyyətlərin sayəsində özünü təqdim edib:

“Bu bölgənin xüsusiyyətlərindən biri də elitizmdir. Son 200 ildə Azərbaycanın bölgəsinə nəzər saldıqda, hərəkətli aktiv bölgə olduğunu görürük”. Dini lider bildirib ki, islam inqilabının nailiyyətlərini izahında zəif olublar. O ölkənin ictimai-siyasi həyatında müşahidə olunan narazılıqlara da toxunub: “İnqilabın nailiyyətləri haqqında daha çox danışmalıyıq. Düşmən uğursuzluqlarımıza qarşı təbliğat və psixoloji müharibə aparır. Bəzi narahatlıqlar və uğursuzluqlarımız var”.

Xamneyi ölkədəki seçkiləri “böyük bir fürsət” adlandırıb:

“Bu fürsət əldən qaçırılmamalıdır. Seçkilər ölkənin tərəqqisi üçün böyük bir potensiala malikdir. Biz çox söz, vəd eşitmişik və əməldə bu sözlər, vədlər pozulub. Sözlər faydasızdır. Bu dəfə yalnız hərəkətə ehtiyac var. Keçmişdə olduğu kimi sözlər və vədlərlə qane olmayacaq”.

Göründüyü kimi ali dini lider Güney Azərbaycanın İran üçün böyükə malik olmasından danışıb. Lakin İranda türklərə münasibət birmənalı deyil. Rza şah Pəvləvi dönəmindən bu yana azərbaycanlılara qarşı ayrı-seçkilik edilir, asimilyasiya siyasətə aparılır. 1979-cu ildə Pəvləvilər hakimiyyətdən devrilsə də, onların paniranist, şovinist siyasəti davam edir.

İranın təbrizli Ali dini lider Seyidəli Xamneyi də buna göz yumur. İran təbliğatçılar tez-tez bu fikri gündəmə gətirirlər: “İranı elə azərbaycanlılar idarə edir”, “yüksək vəzifə tutanların çoxu azərbaycanlıdır”.

Əgər gerçəkdən belədirsə, Xamneyi və digər azərbaycanlılar İran elitasında Təbrizə, Güneyə olan düşmən münasibəti niyə dəyişə bilmirlər?

“Güney Azərbaycana sadəcə müstəmləkə kimi baxırlar”

Bütöv Azərbaycan Ocaqları Birliyi başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Xamneyi bu açıqlamasında səmimi deyil:

“Əvvəla, Xamneyi təbrizli deyil, sadəcə onun ata tərəfi Xamnədə yaşayıb. Xamneyinin özü isə Məşhəddə anadan olub. Xamneyinin və onun ətrafındakıların bəzən ikibaşlı açıqlamalar verməklə diqqəti əsas məsələdən yayındırılar. Onlar hər hansısa sözlərində və ifadələrində Güney Azərbaycanı görməzdən gələ bilmirlər. Lakin mən deyərdim ki, onlar məzhəbçilik adı altında belə bütün hallarda İrançılığı müdafiə edirlər. Xamneyi və onun ətrafındakılar, indiki İran-İslam Respublikasının başında dayananlar Güney Azərbaycana sadəcə müstəmləkə kimi baxırlar. Bütün hallarda onların hədəflərində ancaq və ancaq Güney Azərbaycan türklərini İrançılıq və ya məzhəbçilik adı altında asimiliyasiya etmək dayanır. Yeri gəlmişkən onu da qeyd edim ki, Xamneyinin ata tərəfi İraqdan Xamnəyə gəliblər, daha sonra isə Məşhədə köçüblər”.

“Onun ətrafındakılar türklərin assimilyasiyasına çalışıblar”

Faiq Ələkbərli qeyd edib ki, bir çox hallarda onun Azərbaycan, ya da türk mənşəli olması ilə bağlı bəzi məlumatların yayılması onun azərbaycanlı, Azərbaycan türkü olması anlamına gəlmir:

“Ən azından artıq səhv etmirəmsə, 1988-ci, ya da 1989-cu ildən bəri Xamneyi dini rəhbərdir. 30 ildən çoxdur ki, ali dini rəhbər olduğu müddətdə Güney Azərbaycan üçün hansı addımları atıb? Məktəb və ya ana dili məsələsinimi həll edib? Xeyr. Sadəcə o və onun ətrafındakılar Güney Azərbaycan türklərini həmişə assimilyasiya etməyə çalışıblar. Onlar üçün Azərbaycan tarixi yoxdur, onlar üçün ancaq və ancaq mifiq bir İran tarixi var, hər şeyi də onun üzərində qurublar.

Onlar əslində Pəhləvilərdən tamailə imtina etməyiblər. İndiki İran molla rejimi əslində farsçılığa əsaslanır. Onlarda hər hansısa bir anlamda İslam dini, yaxud da şiəlik dini deyilər. Əgər elədirsə, niyə farsların məktəbi olsun, türklərin yox? Niyə ancaq aşağılanan türk və Azərbaycan mədəniyyətidir? Mənə elə gəlir ki, Güney Azərbaycan xalqı artıq oyanıb.

Bir sözlə, oradakı türklər, xüsusilə də Güney Azərbaycan türkləri, əvvəlki İrançılıq və məzhəbçilik adı altında istismar olunacaq xalq deyil. Doğrudur, müəyyən problemlər qalır, hələ də bəzən insanların şüurunda deyirlər ki, hakimiyyətdə azərbaycanlılar da var, Xamneyi də azərbaycanlıdır. Bunların hamısı bizim əleyhimizədir. Onlarda nə azərbaycanlıq ruhu var, nə də türklük. Artıq Xamneyi və onun ətrafındakıların oyunu pozulur. Artıq Güney Azərbaycan türkləri öz istiqlal yollarına, yəni yeni bir dövlət yaratmaq yolundan geri çəkilməyəcəklər”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 7173