hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İran iğtişaşları: “Rejim dəhşətli qətliama əl atıb” - YENİ HESABAT 

İran iğtişaşları: “Rejim dəhşətli qətliama əl atıb” - YENİ HESABAT 

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı dekabrın 2-də İrandakı son etirazlarda öldürülənlərin sayı barədə yeni və 4-cü hesabatını yayıb. 

Cebhe.info-nun məlumatına görə, hesabatda noyabrın 15-dən başlayaraq İranın yüzdən çox şəhərində keçirilən dinc etirazlarda rejim qüvvələri tərəfindən öldürlənlərin sayının artdığı bildirilir: 

“Etibarlı mənbələrdən aldığımız məlumata əsasən, İranda baş verən son etirazlarda rejim qüvvələri tərəfindən öldürülənlərin sayı 208 nəfərə çatıb. Lakin buna baxmayaraq güman edilir ki, etirazlarda ölənlərin sayı qat-qat çoxdur. Ən çox öldürülənlər isə Tehran əyalətinin Şəhriyar şəhərində qeydə alınıb. “Amnesty International” təşkilatının Yaxın Şərq regionu üzrə direktoru Filip Lüter jurnalistlərə açıqlamasında deyib ki, təşkilata daxil edilən son məlumatlar göstərir ki, İranın təhlükəsizlik qüvvələri çox dəhşətli bir qətliama əl atıb, bir həftədən az bir müddətdə ən azı 208 etirazçını qətlə yetiriblər.

Etirazçılara qarşı odlu silahlardan atəş açılması insan tələfatının artmasına səbəb olub. Hesab edirik ki, törədilmiş qətliama görə, İrandakı məsul şəxslər cavabdehlik daşımalı olacaqlar. Təşkilata daxil edilən məlumatlarda həmçinin bildirilir ki, öldürülənlərin ailələri rejim tərəfindən təhdid edilib. Onların azad mediaya müsahibə verməsinə, övladlarına yas saxlamasına qadağa qoyulub. Etiralarda övladlarını itirən bəzi ailələr də beynəlxalq hüquq müdafiəçilərinə bildiriblər ki, onlar övladlarının meyitlərini təhvil almaq qarşılığında hökumətə pul ödəmək məcburiyyətində qalıblar”, - deyə “Amnesty International”ın yaydığı yeni hesabatında bildirilir.

Adıçəkilən hüquq müdafiə təşkilatının son iki həftədə yaydığı ilk hesabatında, İran etirazlarında öldürülənlərin sayı 106 nəfər, ikinci hesabatda 143 nəfər, üçüncü hesabatda isə 161 nəfər göstərilmişdi. 

Qeyd edək ki, “Amnesty İnternational”ın yeni hesabatında rejim qüvvələri tərəfindən öldürülən etirazçıların sayı 208 nəfər göstərilsə də, İrandakı şahidlərin və hüquq müdafiəçilərinin yaydığı məlumatlarda bu rəqəm hazırda 500-ü aşıb. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 749