hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

İran iğtişaşları: Öldürülən azərbaycanlı fəalların SİYAHISI

İran iğtişaşları: Öldürülən azərbaycanlı fəalların SİYAHISI

Qərbi Azərbaycan Əyaləti Xoy şəhərinin Yuxarı Veşlə kəndinin sakini olan Məhəmməd Tağı Əlilu Tehranda keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-a verdiyi məlumata görə,  o, qətlə yetirildikdən sonra, qardaşı ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb, sonda mərhumun qardaşı saxlanılıb və naməlum istiqamətə aparılıb. ETTELAAT əməkdaşları Əlilu ailəsinə baş verən cinayət hadisəsi ilə bağlı xəbər yaymaq barədə xəbərdarlıq edib, onlara hətta yas mərasimi ilə əlaqədar bildiriş yaymaq icazəsi də verilməyib. Deyinlərə görə, Məhəmmədtağı Əlilunun yas mərasimi güc strukturlarının nəzarəti altında keçirilib, mərasimin kameraya çəkilməsinə belə icazə verilməyib. Şəhriyar şəhərinin Nəsirabad məhəlləsində keçirilən aksiyada isə əslən Kəleybərin Paltlı kəndindən olan bir yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Məlumata görə, Mehran Zahidinin 17 yaşı olub, o Əmir Rza Abdullahi ilə eyni vaxtda qətlə yetirilib. Aksiyalarda öldürülən soydaşlarımızdan digəri isə əslən Şəbüstər şəhərindən olub. Tehran sakini olan Ramin Ləmse İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib. Tehranda etirazlar zamanı öldürülən soydaşlarımızdan digərinin adı Hüseyn Sultanidir. 27 yaşlı gənc Şəhr-i Qüdsda (Həsənxan qalası) keçirilən aksiyada təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Hüseyn Sultani Ərak sakini olub. Deyilənlərə görə, Tehran şəhərində, xüsusi ilə də İslamşəhrdə aksiyalar zamanı öldürülən etirazçılar arasında daha bir neçə Azərbaycan türkü olub. Bundan əvvəl benzinin bahalaşması ilə əlaqədar keçirilən aksiyalarda öldürülən soydaşlarımızdan bir neçəsinin kimliyi müəyyən edilib: 

Bunlar  Əmir Hüseyn Abasi (Zəncanda öldürülüb),  Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb),  Əli Hüseyni (Təbrizdə öldürülüb),  Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb),  Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb),  Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhrdir. (Əkbərabad) məhəlləsində öldürülüb).

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri güc strukturları tərəfindən qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 9252