hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

İran maşınları Laçın dəhlizi ilə Qarabağa gəlir?-Səfirlikdən məlumatlara RƏSMİ CAVAB

 

İran maşınları Laçın dəhlizi ilə Qarabağa gəlir?-Səfirlikdən məlumatlara RƏSMİ CAVAB

İranın Azərbaycandakı səfirliyi Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda yayılan məlumatlara reaksiya verib.

Səfirliyin mətbut şöbəsindən Cebhe.info-ya daxil olan məlumatda bildirilir ki, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılan araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməyib:

“Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır ki, iki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır”.
Cebhe.info


Oxunma sayı: 1178