hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

İran nüvə silahına addım-addım yaxınlaşır

İran nüvə silahına addım-addım yaxınlaşır

İran Atom Enerjisi Təşkilatı Fordo Nüvə Kompleksində sentrifuqalara yüksək təzyiqli qaz vurulması və zənginləşdirilmiş uran istehsalı prosesinin start götürdüyü barədə məlumat yayıb. 

Cebhe.info-nun məlumatına görə, adıçəkilən təşkilat bütün bu proseslərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirildiyini bəyan edib.

“Fars” agentliyi isə bildirir ki, Fordo zavodunda 174-ü İR-1 sinfindən olan sentrifuqalar da daxil olmaqla, ümumilikdə 1044 sentrifuqa var və onlardan 696-na artıq qaz vurulub. Buna baxmayaraq, bəzi mənbələr İranın hələ ki, yalnız İR-1 tipli sentrifuqalara təzyiqli qaz vurduğunu qeyd edir.

Xatırladaq ki, İran rəsmiləri noyabrın 6-da Qum şəhəri yaxınlığında yerləşən Fordo zavodunda uranın zənginləşdirilməsi prosesinin başlandığını elan edib. İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi yerli media orqanlarına verdiyi müsahibə zamanı noyabrın 9-a qədər zavodun uranı 4.5 faiz nisbətinə qədər zənginləşdirəcəyini bildirib. Avropa ölkələri və Amerika Birləşmiş Ştatları isə İranın öz nüvə öhdəliklərinə dərhal əməl etməyə çağırıb. 

Rəsmi Tehranla "5+1" ölkələri arasında imzalanmış nüvə razılaşmasına əsasən, İran 2023-cü ilə qədər 30-dan artıq təkmilləşdirilmiş sentrifuqa hesab edilən İR-6-dan istifadə edə bilməz. Eləcə də bu razılaşma ilə İrana uranı 3.67 faizdən artıq zənginləşdirmək və anbarlara 300 kiloqramdan artıq yığmaq qadağan edilir. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 408