hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

İran rejiminin təzyiqləri ilə üzləşən güneyli müğənni sənətdən getdi

İran rejiminin təzyiqləri ilə üzləşən güneyli müğənni sənətdən getdi

Güney Azərbaycanın tanınmış pop müğənnisi Peyman Keyvani İran rəsmilərinin yaratdığı maneələrdən sonra musiqi sənətindən getdiyini bildirib.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe. info-ya verdiyi məlumata görə, müğənni bu barədə öz “İnstagram” səhifəsində məlumat yayaraq yazıb:

“Dörd yandan daraşıb ac cənazələr, kimə acıqlanım, kimə dillənim? Allaha şükür edirəm ki, qeyrətimi və şərəfimi pula satmadım, hər zaman nəfsimi saxladım, baş əymədim və inancımdan vaz keçmədim. Bəlkə də buna görə görünməyimi istəmədilər”.

Gənc müğənni 2018-ci ildə keçirmək istədiyi türkcə konsertə icazə verilmədiyi üçün gitarasını yandırmışdı. Bununla da konsertə icazə verməyən Ərdəbil əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinə öz etirazını bildirmişdi: “Mən türkcə konsert üçün icazə istəyirəm, məsullar bu tələbdən qarın ağrısına düşür...Nə üçün ana dilimdə musiqiyə və konsert keçirməyə icazə verilmir?! Bu vəziyyətə etiraz olaraq sazımı yandırıram, bundan sonra da heç vaxt Ərdəbildə konsert verməyəcəyəm”.

Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.
İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər bir çox problemlə üzləşir.

Aydın
Cebhe.info


Oxunma sayı: 760