hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

İran soğan ixracına qadağanı ləğv edib

İran soğan ixracına qadağanı ləğv edib

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin göstərişi ilə soğan ixracına qadağa ləğv olunub.

Bu barədə Cebhe.info Gənc Jurnalistlər Klubuna (YJC) istinadən məlumat verib.

Məlumata əsasən, soğan satışında İranın cənubunda yerləşən Xuzistan vilayəti təsərrüfatçılarının problemlərini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun miqdarının artıq olduğu təsdiqlənib.

İranın sənaye, mədən və ticarət naziri bunu əsas götürərək soğanın ixrac edilməsi ilə bağlı gömrük orqanlarına göstəriş verib və bu gecədən soğan ixracına qadağa ləğv olunur.

Cebhe.info


Oxunma sayı: 606