hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İran Trampı "qırmızı bülleten"lə axtarır

İran Trampı "qırmızı bülleten"lə axtarır

İran Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar ABŞ Prezidenti Donald Tramp haqqında həbs qərarı çıxarıb.

Cebhe.info xəbər verir ki, İran rəsmiləri həbs qətimkan tədbirinin icrası üçün "İnterpol"a müraciət edib.

"İSNA" xəbər agentliyinin məlumatına görə, Tehran Baş Prokuroru Əli Alqasimehr Trampla bərabər 30 nəfər haqqında da qətl və terror ittihamı ilə iddia qaldırıb.

"AP" xəbər agentliyi, "İnterpol"un mövzu ilə bağlı məlumat tələbinə cavab vermədiyini bildirib. Agentlik İranın Tramp üçün “qırmızı bülleten” istədiklərini də söyləyib.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 4247