hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

İran vurulan təyyarənin “qara qutu”sunu Fransaya göndərir

İran vurulan təyyarənin “qara qutu”sunu Fransaya göndərir

İran hökuməti Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu açılması üçün Fransaya göndərib.

Cebhe. info xəbər verir ki, bu haqda İranın rəsmi xəbər agentliyi "IRNA" məlumat yayıb.

İran Hərbi Prokuroru Qolamabbas Torki “qara qutu”nun zərər gördüyünü və şifrəsinin yalnız xüsusi texnologiyaların aça biləcəyini deyib.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb.

Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu məlum olub.

Tünzalə
Cebhe. info


Oxunma sayı: 9274