hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İran yəhudiləri İsrailə və ABŞ-a qarşı çıxdı

İran yəhudiləri İsrailə və ABŞ-a qarşı çıxdı

İranın yəhudi icmasının nümayəndəsi, parlamentyin keçmiş üzvü Siamak More-Seddek bütün iranlıların yekdilliklə milli maraqlara qarşı təhdidlərə qarşı çıxacağını söyləyib.

Cebhe.info-nun məlumatına görə, More Seddek "İranın düşməni bizim düşmənimizdir. Müqəddəs müdafiə illərində (İran-İraq müharibəsi) olduğu kimi, İran yəhudiləri də digər iranlılarla birlikdə cəlb olunduqları müharibədə iştirak edib və inqilab naminə çoxlu sayda şəhid verib. İndi yəhudilər milli maraqlara qarşı təhdidlərə qarşı çıxmağa hazırdırlar "belə deyib.

Onun sözlərinə görə, xarici müdaxiləyə müqavimət göstərən İran yəhudiləri ölkənin düşməninin İraqın keçmiş prezidenti Səddam Hüseyn, ABŞ dövlət katibi Mayk Pompeo və ya İsrailin Baş naziri Benyamin Netanyahu olmasına əhəmiyyət vermir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 705