hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

İrana son zərbə: “Bu, baş versə ölkə çökəcək” - POLİTOLOQ

İrana son zərbə: “Bu, baş versə ölkə çökəcək” - POLİTOLOQ

Donald Tramp administrasiyası İranın neft ixracatını mümkün olan ən qısa müddətdə sıfıra endirəcək.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib. Dövlət katibi əlavə edib ki, ABŞ-ın təzyiqləri sayəsində İranın xarici neft ticarətində təsiri əhəmiyyətli şəkildə azaldılıb və ixracatı uğursuz olub. Birləşmiş Ştatların neft sanksiyası planı uğurlu olacaqmı?

Məsələ ilə bağlı politoloq Aydın Quliyevə müraciət etdik. Ekspert Cebhe.info-ya açıqlamasında dedi ki, İranın neft ixracatını sıfıra endirmək ABŞ-a sərf etmir:

“Bu proses baş versə, İran iqtisadiyyatı çökmüş olacaq. Nəzərə alsaq ki, əməliyyatlar aparmaq üçün “Beynəlxalq Maliyyə Əməliyyatları Mexanizmi” İrana qarşı dondurulub. Bunun ardınca neft ixracının sıfıra endirilməsi, İran üçün fəlakətli hadisə olacaq. Bu, ABŞ əsas hədəflərindən biridir. Lakin ötən ilin ortalarında Birləşmiş Ştatlar prezidenti bu prosesin gedişində rəsmi fasilə elan etdi. Çünki İranın neft ixracatının sıfıra endirilməsi ABŞ-ın özünə sərf etmir. Birləşmiş Ştatların 10-ya yaxın müttəfiqi bu ölkədən neft alır. ABŞ həmin ölkələrlə münasibətləri korlamaq istəmir və onların iqtisadi vəziyyətinin pisləşməsinə qarşıdır. Mən düşünürəm ki, ABŞ-ın İran neftinin ixracatını sıfır etdirməsi prosesi özü üçün çox sərfəli, İran üçün fəlakət olsa da, bunu həyata keçirməsi çox çətin məsələdir”.

İlkin Sultanlı

Cebhe.info


Oxunma sayı: 662