hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İrana qarşı sanksiyalar Almaniyanı “vurdu” 

İrana qarşı sanksiyalar Almaniyanı “vurdu” 

2019-cu ilin birinci yarısında Almaniya Federativ Respublikasının İranla ticari mübadilələri yarıya enib.

Cebhe.info-nun məlumatına görə, Almaniyanın Federal Statistika İdarəsinin yaydığı hesabatda belə qeyd edilir. Cari ilin yanvar-iyun aylarında Almaniyanın İrana ixracatı 49 faiz azalaraq 676 milyon avroya qədər aşağı düşüb.

Yayılan statistik rəqəmlərə görə, həmçinin Almaniyanın 2019-cu ilin ilk altı ayında İrandan idxalatı 44 faiz azalaraq 110 milyon avroya enib. Bildirilir ki, İranla ticari mübadilələrin azalması Amerika Birləşmiş Ştatlarının islam respublikasına qoyduğu sanksiyalarla bağlıdır. Qeyd edək ki, 2015-ci ildə Tehranla 5+1 qrupu arasında nüvə sazişinin bağlanmasından sonra Almaniyanın İrana ixracatının həcmi xeyli dərəcədə artmışdı.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1233