hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

İranda aksiyalar səngimir: Hökumət geri çəkildi - Sabahdan etibarən...

İranda aksiyalar səngimir: Hökumət geri çəkildi - Sabahdan etibarən...

İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan aksiyalar hökuməti geri çəkilməyə vadar edib.

Cebhe.info xəbər verir ki, hökumət xalqa  müraciətlə bahalaşmanın mənfi təsir edəcəyi əhali qrupuna kompensasiya ödəniləcəyini bildirib. Artıq sabahdan etibarən həmin qrupa daxil olanlara maddi yardımın ödənilməsinə başlanacaq. Göstərişi Prezident Həsən Ruhani verib.  Ancaq aksiyaçılar hökuməıtin bu addımını qənaətbəxş hesab etmir və etirazlar səngimir.

Xatırladaq ki, dünən ölkənin 100-dən çox şəhərində keçirilən aksiyalarda ölən və yaralananlar var. Çox sayda etirazçı həbs olunub. Onların sayının 1000-dən artıq olduğu deyilir. 2 gün ərzində 100-ə yaxın bank şöbəsi, 50 mağaza yandırılıb. Ölkədə internet kəsilib, ETTELAAT araşdırma aparır. 

Məlumat üçün bildirək ki, İranda 2 gün əvvəlki qərarla neftin bir litri 0,09 dollardan 0,2 dollara qədər bahalaşıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6216