hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İranda daha 208 nəfər pandemiyanın qurbanı oldu

İranda daha 208 nəfər pandemiyanın qurbanı oldu

İranda ötәn sutka әrzindә daha 208 nәfәr koronavirusdan (COVID19) ölüb.

Cebhe.info xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

S.Sadat Larinin sözlərinə görə, İranda bu virusdan ölәnlәrin sayı 17 190 nәfәrә yüksәlib.

Sadat Lari әlavә edib ki, ölkədə ötәn 24 saat әrzindә daha 2 685 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 309 437 nәfәrә çatıb. Virus daşıyıclarından 4 089 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 268 102 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, İlam, Rәzәvi Xorasanı, Kirman Şimali Xorasan, Simnan, Lorestan vә Hörmüzqan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,5 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Cebhe.info


Oxunma sayı: 2267