hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

İranda daha bir zorakılıq: Güneyli müəllim döyülüb

İranda daha bir zorakılıq: Güneyli müəllim döyülüb

Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqlər davam edir.

 Cebhe.info  “Mikrofonnews” agentliyinə istinadən xəbər verir ki, Güney azərbaycanlı milli mədəni fəal,  xəttat və İstanbul türkcəsi öyrətməni “Ərkin Savaş” adı ilə tanınan Səməd Zakiri  ciddi təzyiqlərə məruz qalıb. Məlumata görə,  Bostanava şəhərində özəl məktəbdə dərs keçən müəllim ETTELAAT  məmurlarının hücumuna məruz qalıb. Onu döyərək təhqir edən ETTELAAT  məmurları sonra həbs edərək naməlum istiqamətə aparıblar. 

Həmçinin  Ərkin Savaşın bütün türkcə kitabları, bahalı xəttatlıq qələmləri müsadirə edilib. 

Səməd Zakiri rejim qüvvələri tərəfindən amansızlıqla güllələnərək şikəst edilmiş yeniyetmə bibisi oğlu Armin İbrahimi-Nejadın  hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə ölümlə təhdid edilib.

Qeyd edək ki, Səməd Zakirinin bibisioğlu da milli mədəni fəaliyyətinə görə  rejim qüvvələrinin qəzəbinə səbəb olub.

 Hazırda Səməd Zakirinin harada saxlanıldığı məlum deyil.
Aydın
Cebhe.info

 


Oxunma sayı: 1706