hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

İranda etirazçıları pulemyotla qırıblar - FOTO

İranda etirazçıları pulemyotla qırıblar - FOTO

İranda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq başlanan etirazlarını hökumət qüvvələri  amansızlıqla yatırıb. 

Rejim qüvvələrinin törətdiyi qətliamda ölənlərin sayı ilə bağlı yeni məlumatlar yayılıb. 10 ilə yaxındır ev dustaqlığında saxlanılan İrandakı “Yaşıl hərəkat”ın, sabiq baş nazir lideri Mirhüseyn Musəviyə yaxın “Kalameh” saytına bağlı mənbələrin yaydığı məlumata əsasən, dinc etirazlarda qətlə yetirilən və cənazələri son günlər ailələrinə təhvil verilən 156 etirazçının cənazəsi təkcə Tehranın “Behişti-Zəhra” qəbiristanlığında dəfn edilib: “Həmçinin, ən azı 80 etirazçının cənazəsi də dəfn olunmaq üçün Tehrandan digər şəhərlərə göndərilib. İnternet xidmətinin qismən bərpa olunmasının ardınca yayılan yeni məlumatlara əsasən, son iki həftədə Tehran əyalətinin müxtəlif şəhərlərində yüzlərlə etirazçı rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilib. 

Belə ki, Şəhriyar şəhərində 5 nəfər, Kohnəz bölgəsində 20 nəfər, Firdosiyə, Əmiriyyə və Vəhidiyyə bölgələrində 13 nəfər, Melardda 8 nəfər, Həsənxan Qalasında (Qüds şəhəri) 10 nəfər, Yusifabadda 6 nəfər, Savə yolunda 12 nəfər, İslamşəhrdə 10 nəfər, Ləmabad, İsfəndabad və Bəkə kəndlərində 14 nəfər, Əkbərabad və Vəcihəabadda 20 nəfər, Rudihendə isə 16 nəfər qətlə yetirilib. Həmçinin 40 etirazçının cənazəsinin də son günlər Nəsimşəhrin İmam Hüseyn xəstəxanasından morqlara köçürüldüyü bildirilir. Məlumatda qeyd olunur ki, əksəriyyəti başından güllə yarası alan həmin şəxslər ölkənin ən yoxsul və kasıb təbəqəsindən olan etirazçılardır. “Kalameh” saytına yaxın mənbələr son iki həftənin etirazlarında qətlə yetirilənlərin sayının 366 nəfərə çatdığını bildirsələr də, hüquq müdafiə təşkilatları etirazlarda molla rejimi tərəfindən öldürülənlərin sayının 500-ü aşdığını bildirir. Yayılan bəzi məlumatlarda isə dinc etirazlarda güllə yarası alaraq həyatını itirən etirazçıların 600-ə çatdığı vurğulanır. Bu arada, İran parlamentinin sədri Əli Laricani dekabrın 1-də jurnalistlərə açıqlamasında bəzi şəhərlərdə hökumət qüvvələrinin etirazçılara qarşı pulemyotdan istifadə etdiyini təsdiqləyib.

Xatırladaq ki, İranda noyabrın 15-də başlanan etiraz aksiyaları 130-a yaxın şəhəri əhatə edib. 

Qarşıdurmalar zamanı 7 min nəfərdən artıq insan həbs edilib.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 507