hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

İranda hicab məhbusundan YENİ XƏBƏR: Xamneyi paytaxtı bir-birinə qatan başıaçıq qadınla bağlı qərar verdi

İranda hicab məhbusundan YENİ XƏBƏR: Xamneyi paytaxtı bir-birinə qatan başıaçıq qadınla bağlı qərar verdi

İran hakimiyyəti hicaba qarşı aksiyası ilə gündəmə gələn Vida Mohavədi ilə bağlı qərarını dəyişib. 

Cebhe.info xəbər verir ki, o, İranda 2017-2018-ci illərdə hökumət əleyhinə aksiyalarda iştirakla gündəmə gəlmişdi. Qadının vəkili Pəyam Dərəfşanın sözlərinə görə, 32 yaşlı Vidanın adı əfv edilənlər siyahısına salınıb. Siyahını İranın ali dini lideri Xamneyi imzalayıb.

Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, aksiyalar 2017-ci ildə 29 dekabrda İranın bir sıra şəhərlərində başlayb. Vida Mohavədi Tehranın "İnqilab" xiyabanındakı aksiyalara qatılıb və qadınlara azadlıq tələb edib. Hicabını açan qadın bir anda hərəkatın simvoluna çevrilib. O, 2018-ci ilin noyabrında həbs olunub. 2019-cu ilin martında 32 yaşlı qadın 1 illik həbsə məhkum olunub. O, ictimai asayişi pozmaq cəhdində ittiham edilib.

İranda qadınların ictimai yerdə hicabını açması qanunsuzluqdur. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2250