hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İranda ildırım vurması nəticəsində 20 nəfər həyatını itirib

İranda ildırım vurması nəticəsində 20 nəfər həyatını itirib

İranın müxtəlif vilayətlərində ildırım vurması nəticəsində 20 nəfər həyatını itirib.

Cari il İranda hava şəraiti arzu olunmaz keçir. Güclü yağışlar İranın cənub vilayətlərindəki yaşayış məntəqələrini yerlə yeksan edib. Bu azmış kimi, ildırım çaxmaları artıb. İranın Təcili Tibbi Yardım Təşkilatının açıqlamasında deyilir ki, ildırım 19 əyalətdə 20 nəfərin həyatına son qoyub. Açıqlamada 32 nəfərin ildırım vurması nəticəsində ağır yaralandığı da vurğulanıb.

Ötən həftə ərzində İranda baş verən sel və daşqınlar nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Cebhe.info


Oxunma sayı: 980