hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İranda prezident seçkiləri: “Azərbaycanlılara yalançı vədlər verirlər”

İranda prezident seçkiləri: “Azərbaycanlılara yalançı vədlər verirlər”

“İranda seçkiqabağı prezdentliyə namizədlər azərbaycanlılara yalançı vədlər verirlər”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İranda prezidetn kim seçilir seçilsin, son sözü ölkənin ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi deyir:

”İranda hər dəfə seçki kampanyası zamanı namizədlər azərbaycanlılara hansısa vədlər verir. Öz dilinizdə məktəblər və mədəniyyət mərkəzləri açacam. Seçkidən sonra isə verilən vədlər unudulur. İranda islahatçı və mühafizəkar şərti xarakter daşıyır. Dünənin islahatçısı bu gün mühafizəkar ola bilər. Ölkə Konstitusiyasına görə ali rəhbər dini liderdir. İranda prezident kim seçilir seçilsin, daxili və xarici siyasətdə ali dini liderin qoyduğu prinsiplərə riayət etmək məcburiyyətindədir.

Azərbaycanlılara verilən vədlərə gəldikdə, İranın sosial-iqtisadi vəziyyəti indi daha ağırdır. İrana qarşı tətbiq olunan sanksiyalar götürülməyib. Hazırda İran pandemiya ilə mübarizə aparır. Bu vəziyyətdə kim seçilir seçilsin, nə verdiyi vədləri yerinə yetirə biləcək, nə də İranın sosial-iqtisadi vəziyyətini yaxşılaşdıra biləcək.

Namizədlər orada yaşayan azərbaycanlıların səslərini qazanmaq üçün belə çıxışlar edirlər. “Yaşasın Azərbaycan” da deyə bilərlər, məktəb, mədrəsələrin öz dilimizdə olacağı sözünü verə bilərlər. Seçki bitdikdən sonra bu vədlər yerinə yetirilmir. Hansısa namizəd etmək istəsə də, qarşısında ali dini liderin və İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) görəcək”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 694