hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İranda qadınlara qadağa aradan qalxır: Hökumət hərəkətə keçdi

İranda qadınlara qadağa aradan qalxır: Hökumət hərəkətə keçdi

İranda qadınların stadionlara gedərək futbol matçlarını izləməsinə dair qadağa aradan qaldırılacaq. 

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu barədə İran Prezidenti Həsən Ruhaninin parlament üzrə nümayəndəsi Hüseyn Əli Əmiri bildirib.

Onun sözlərinə görə, İran hökuməti bunun üzərində işləyir: "Bunu reallaşdırmaq üçün infrastruktur hazır olmalıdır. Ayrıca giriş-çıxışlar, oturacaqlar, qadınların sosial təminatı üçün xüsusi xidmətlər yaradılmalıdır. Qadınların stadionlara getmək hüququnu gözardı etmək olmaz. Bu, futbol sahəsində bütün dünyada ən məşhur hüquqlardan biridir".

Məlumat üçün bildirək ki, 10 oktyabrda İranda "Azadi" stadionunda keçiriləcək futbol yarışına qadınlar da buraxılacaq. Burada İranın kişilərdən ibarət yığma komandası Komboca ilə oynayacaq. 

Xatırladaq ki, bu yaxınlarda İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Səhər Xudayari özünü yandırdıqdan bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

Səhər Xudayari mart ayında stadiona daxil olan zaman saxlanılıb. Üç günü müvəqqəti saxlama təcridxanasına keçirən qadın daha sonra sərbəst buraxılıb. Bundan sonra o, 6 ay məhkəmə prosesinin başlanılmasını gözləyib. Hakim qarşısına çıxacağı gün məhkəməyə gedən qadın prosesin təxirə salındığını öyrənib. Buna səbəb hakimin təcili işinin çıxması olub. Prosesin təxirə salınmasından sonra Səhər məhkəmədən çıxan zaman özünü yandırıb. Qadağanı pozduğu təsdiqlənəcəyi halda onu 6 aydan 2 ilə qədər həbs gözləyirdi.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınlar futbol matçlarına buraxılmır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1871