hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İranda rəzalət: Mərhum milli fəalın məzarı dağıldı

İranda rəzalət: Mərhum milli fəalın məzarı dağıldı

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri mərhum milli fəal Əziz Purvəlinin məzar daşı naməlum şəxslər tərəfindən sökülüb. GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, sökülən məzar daşının üzərində Azərbaycan türkcəsində etiraz məzmunlu şeir-

Sahibsiz olan məmləkətin batması haqdır
Biz sahib olursaq bu vətən batmayacaqdır" yazılıbmış.

Ötən aylarda İranın təhlükəsizlik orqanları bu məzar daşının dəyişdirilməsini tələb etmişdilər.

Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib və Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb. O, həyatda olduğu zaman Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Mərhumun olduqca izdihamlı keçən dəfn mərasimi ərəfəsində İran təhlükəsizlik qüvvələri milli fəallara təzyiq göstərərək bir neçə fəalı saxlamışdılar.

İranda hakimiyyətə qarşı mübarizə aparan siyasi və milli fəalların, eləcə də digər dinlərə mənsub insanların məzarını dağıtmaq və təhqir etmək yaxın tarixdə dəfələrlə təkrarlanıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 4071