hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

İranda saxlanılan qadın jurnalist: İsrailə işləyirmiş?

İranda saxlanılan qadın jurnalist: İsrailə işləyirmiş?

Rusiya tərəfi ötən həftə İranda saxlanılan jurnalist Yuliya Yuzikin bu həftə azad ediləcəyinə ümid edir. 

Cebhe.info xəbər verir ki, bu bəyanatı Xarici İşlər Nazirliyinin ikinci departamentinin direktoru Zamir Kabulov səsləndirib. Onun sözlərinə görə, İrandakı Rusiya səfəri Levan Caqaryan 5 oktyabrda bu ölkənin  Xarici İşlər Nazirliyində olub: "Məsələ aydınlaşdırılır, günan edirik ki, onu yaxın zamanda buraxacaqlar".

Xatırladaq ki, 4 oktyabrda Yuliya Yuzik Tehranda saxlanılıb. O, ölkəyə daxil olarkən pasportu əlindən alınıb. Bildirilib ki, ölkədən getdiyi zaman pasportu qaytarılacaq, ancaq daha sonra jurnalist hoteldən təcridxanaya aparılıb. Jurnalist İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur və bu, təsdiqlənəcəyi təqdirdə  onu 10 il həbs gözləyir. Ancaq jurnalistin İrana şəxsi dəvətilə getdiyi deyilir. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1189