hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

İranda türklərə daha bir həqarət: “Bu şovinist siyasət əks-effekt verəcək” - Dilavər Əzimli

İranda türklərə daha bir həqarət: “Bu şovinist siyasət əks-effekt verəcək” - Dilavər Əzimli

İran televiziyası  növbəti dəfə Azərbaycan türklərinə qarşı aşağılayıcı hərəkətə yol verib.

 3-cü kanalda yayımlanan məşhur “Gileva” serialında türk dilində danışan aktyorlara təhqiramiz rol verilib və Gilan əyalətinin türkləri mühacir kimi təqdim olunub.

Qaraçılara oxşadılan türklər mədəniyyətsiz və adət-ənənəni bilməyən insanlar kimi təqdim edilib. Bunun qarşılığında serialda giləklər fars dilini yüksək səviyyədə danışır,  cəngavər, təmiz və düzənli insanlar kimi nümayiş etdirilir.

Cebhe.info-ya açıqlamasında Bütöv Azərbaycan Ocaqları başqanının ideoloji məsələlər üzrə  müavini, tarixçi alim Dilavər Əzimli deyib ki,  rejimə qarşı mübarizə genişləndikcə molla iqtidarı bu cür antitürk siyasətini gücləndirir:

“Güneydə milli mübarizə getdikcə güclənir. Bu yanaşma əksinə mübarizə alovunu daha da gücləndirəcək. Yəni antitürk təbliğatı çarə deyil. Düşünürəm ki, İran dövləti bu hərəkətlərə ciddi reaksiya verməli və bu cür təhqirlərdən əl çəkilməlidir. İranda dəfələrlə belə addımlar atılıb. Paniranislər, fars şovinistləri  özləri də bilir ki, dedikləri və yazdıqları yalandır. Tarix sübut edir ki, fars deyilən tayfa olmayıb, onlar qədim Hindistan ərazisindən indiki yerlərə gəliblər.  Farslar ermənilər kimi türklərin mədəniyyətinə sahib çıxıblar. “Tarixin atası” Heradot yazır ki, bura gələn farslar çox mədəniyyətsiz bir xalqdır və onlar qonşu xalqlardan mədəniyyət əxs eləyib özünküləşdirirlər. Farslar yeganə xalqdır ki, onların tarixi mifologiya əsasında yaranıb. Farslar sonradan İran adlanan ölkədə 1000 il türk dövlətçiliyindən sonra ingilislərin, Rusiyanın  və Avropa dövlətlərinin əli ilə 1925-ci ildə hakimiyyətə gətirildilər. Onların əli ilə antitürk siyasətinə başladılar. İndiki İran ərazisində yaşayan xalqların ən qədimi türklərdir. Farslar türklərə minnətdar olmalıdırlar ki, Səlcuqlar dövründə onların dili dövlət dili səviyyəsinə qaldırılıb. Bundan başqa fars dilində ən böyük ədəbiyyatı türklər yaradıb. Çünki türklər hamıya eyni gözlə yanaşıb və ədalətli dövlət qurmaq niyyətində olublar. Biz Bütöv Azərbaycan Ocaqları olaraq İran dövlətindən, onların Bakıdakı nümayəndələrindən tələb etmişik ki, bu cür ucuz söhbətlərə son qoysunlar. Nə qədər bu söhbəti yığışdırmayıblar, mübarizə davam edəcək və farslar bu məsələdə uduzacaqlar”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 848