hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

İranda virusdan ölənlərin sayı 87 624 nəfərə yüksəlib

İranda virusdan ölənlərin sayı 87 624 nəfərə yüksəlib

İranda ötən sutka ərzində 250 nəfər koronavirusdan (COVID-19) ölüb.

Cebhe.info-nun verdiyi xəbərəgörə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 87 624 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 27 444 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 576 148 nəfərə çatıb. Virus daşıyıcılarından 4 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 168 834 nəfər koronavirusdan sağalıb, 25,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 9,24 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 6,93 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,31 min təşkil edir.

Cebhe.info


Oxunma sayı: 485