hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İrandan Azərbaycan əleyhinə addım: Ermənilərə DƏVƏT

İrandan Azərbaycan əleyhinə addım: Ermənilərə DƏVƏT

"Azərbaycan Xarici İşlər Nazirliyi İranda keçirilən 51-ci Erməni olimpiadasında Qarabağın müstəqil dövlət kimi iştirak etməsinə icazə verməsinə heç bir rəsmi münasibət bildirmədi. Halbuki biz XİN-dən İrana qarşı nota verilməyini gözləyirik".

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, əgər belə bir yanaşma davam edəcəksə, Tehran rejimi sabah separatçıları Tehranda qəbul edəcək, onların nümayəndəliyini açacaq: 

"İran rejimindən bu qədər çəkinmək olmaz. Biz Fransaya, Rusiyaya etiraz notası veririksə, niyə də İrana verilməsin. Göründüyü kimi, İran terroru dəstəkləyən və regionda destablizasiyaya xidmət edən ölkədir. İran məzhəb qurşağı yaradıb, inqilabını regionda yaymağa cəhd edir.

Hesab edirəm ki, Xarici İşlər Nazirliyi İran səfirini nazirliyə dəvət edib, izahat tələb etməli və nota verməlidir".

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1387