hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu

İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən Elmin Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Cebhe.info-nun məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən E.Quliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyev Abşeron rayon Masazır qəsəbəsində narkotik satarkən saxlanılıb.

Onun üzərinə baxış zamanı 2 kiloqram 415 qram heroin, 3 kiloqram 145 qram metamfetamin 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dolları məbləğində saxta pul əskinasları aşkar olunaraq götürülüb.

1995-ci il təvəllüdlü E.Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Cebhe.info


Oxunma sayı: 639