hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İrandan dünyaya Hörmüz TƏHDİDİ

İrandan dünyaya Hörmüz TƏHDİDİ

İran ABŞ-ın məhdudlaşdırıcı tədbirləri səbəbindən Hörmüz boğazından istifadə edə bilmədikdə oranı bağlaya bilər.

Bu açıqlamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı Reza Tənqsiri verib.“Beynəlxalq hüquqa görə, Hörmüz boğazı su yoludur və əgər bizə oradan istifadə etməyə icazə verməsələr, biz onu bağlayacağıq” -deyə Tənqsiri bildirib. Xatırladaq ki, ötən ilin sonunda İran prezidenti Həsən Ruhani də ABŞ-ı İrana öz neftini müstəqil şəkildə satmağa sanksiyalarla mane olacağı təqdirdə rəsmi Tehranın Fars körfəzindən “qara qızıl”ın ixracına mane olacağı ilə hədələyib.

Ekspertlərin fikrincə, son vaxtlar dünya enerji bazarında neftə tələbatın artması fonunda İranın Hörmüz boğazını bağlaması vəziyyəti daha da gərginləşdirə bilər.Ancaq bu bəyanatı “Sepah”ın komandanı tərəfindən səsləndirilməsi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması barədə qərara cavab hesab oluna bilər.Yəni sözügedən açıqlama daha çox siyasi mesaj xarakteri daşıyır.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, Hörmüz boğazının bağlanması ilə bağlı İran tərəfi əvvəllər bir neçə dəfə analoji bəyanat səsləndirib. Tehran rejimi bununla bölgə dövlətlərinə təzyiq etməyə çalışır:

“Hazırda sanksiyalar altında əzilən İran iqtisadiyyatı üçün neftin ixracı yeganə nəfəslik rolunu oynayır. Bu sanksiyaların da sərtləşməsi və iqtisadi problemlərin dərinləşməsi İranı Hörmüz boğazı ilə bağlı təhdidləri yenidən gündəmə gətirməyə vadar edir.Amma sual yaranır-İran bunu nə dərəcədə edə bilərəHörmüz boğazı kifayət qədər strateji əhəmiyyətə malikdir.Hörmüz yalnız İran üçün deyil, həm də ərəb ölkələri son dərəcə əhəmiyyət daşıyan bir boğazdır. Hətta Hörmüz boğazının adlandırılması ilə bağlı da İran və ərəb ölkələri arasında fikir ayrılığı var. Rəsmi Tehranın Hörmüz boğazı ilə bağlı belə bir qərar verərsə, bu ərəb ölkələrinin və OPEC üzvü olan dövlətlərin İrana münasibətinin daha çox sərtləşməsinə gətirib çıxaracaq. Bu baxımdan, münasibətlərin gərginləşməsi İrana lazım deyil.Hörmüz boğazında İranın müəyyən nöqtələri bağlayacağı istisna edilmir.Amma boğazın bütöv şəkildə qapadılması istiqamətində İranın real addımlar atacağı indiki şəraitdə inandırıcı deyil.Əks təqdirdə, bu qərar İranın özünün əleyhinə çevrilə bilər.Eyni zamanda, bu məsələdə həm ABŞ, həm də Hörmüz boğazı məsələsinə həssas yanaşan Türkiyə amili var. Ona görə də İranın radikal addımlar atacağı inandırıcı görünmür”.

Ekspert qeyd etdi ki, İran ümumiyyətlə, Hörmüz boğazını tamamilə bağlamaq gücündə deyil:

“Hörmüz boğazındakı müəyyən keçid məntəqələrində İran problemlər yarada bilər. Amma İran bütünlüklə boğazı bağlaması real deyil.Hörmüz boğazında yerləşən dövlətlər öz aralarında olan ikitərəfli razılaşmalar əsasında həmin ərazidən istifadə edir.Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən çox ciddi bir keçid yoludur.Birləşmiş Ərəb Əmirlikləri, Oman Hörmüz boğazında əsas məntəqələrə nəzarət edən ölkələrdir.Tarixən Hörmüz boğazı ilə bağlı tarixən siyasi ziddiyyətlər yaşanıb.Çünki Fars körfəzinin neft ixrac edən ölkələri üçün okeana çıxışı məhz Hörmüz boğazından keçir. Hörmüz boğazı il bağlı münasibətlər də neftlə bağlı razılaşmalara uyğun olaraq tənzimlənib. Amma burada beynəlxalq hüququn da rolu olub.“Sepah” komandanının boğazı bağlamaq barədə açıqlamasında məqsəd ABŞ- və ərəb ölkələrinə maksimum təzyiq etməkdir.İran belə bəyanatlar verməklə ABŞ-a və ərəb ölkələri ilə münasibətlərində manevrlər əldə etmək, özü üçün təzyiq imkanları formalaşdırmaq niyyəti güdür”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11201