hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İrandan Qazaxıstana gedən maşından görün nə tapıldı

İrandan Qazaxıstana gedən maşından görün nə tapıldı

Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Qazaxıstana "tekstil" yükü aparan "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanııb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə onun üzərindəki gödəkçənin içəri cibindən kağız dəsmalda, şüşə boru və selofan kəsiyinə bükülmüş halda, xalis çəkisi 0,675 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 639