hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İranı müharibədən qoruyan ADAM

İranı müharibədən qoruyan ADAM

İran ətrafında gərginlik davam edir.

Cebhe.info xəbər verir ki, Prezident Donald Tramp İrana aviazərbə göstərişi versə də, sonra göstərişi geri götürüb. Onun qərarını ləğv etməsində bir jurnalistin böyük rolunun olduğu deyilir. Bu şəxs "Fox News" kanalının aparıcısı Taker Karlsondur.

Yerli mətbuatın yazdığına görə, Prezident aviazərbənin endirilməsi planını hərbi müşavirlərlə müzakirə edib.

Karlson da bu müzakirələrdə iştirak edib. O bildirib ki, İrana zərbə ağılsız ideyadır. Belə ki, bu, həm də Trampın 2020-ci il seçki planlarına da mənfi təsir edə bilər.

"The New York Times" qəzeti yazır ki, bu arqument Prezidentin şübhəsini gücləndirib.

Qeyd edək ki, 22 iyunda Tramp İranla müharibə etmək istəmədiyini bildirib. Onun sözlərinə görə, əgər müharibə olarsa, bu, dağıdıcı nəticə verər.

Xatırladaq ki, Tramp İrana qarşı hücum göstərişi versə də, bu göstərişi 15 dəqiqə sonra ləğv edib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4533