hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

İranın anti-Türkiyə planı: “O bölgəyə kürdləri qəsdən yerləşdirirlər”

İranın anti-Türkiyə planı: “O bölgəyə kürdləri qəsdən yerləşdirirlər”

İranın hakim molla rejimi növbəti dəfə Azərbaycan türklərinin mənafeyinə zidd addım atmağa hazırlaşır.

Rejim tarixi Azərbaycan torpaqlarını yenidən bölmək niyyətindədir. Məlumata görə, mərkəzi Urmiyə olan Qərbi Azərbaycan ostanının şimalında yeni bir vilayətin təşkilinə dair layihəyə baxılır. Layihədə təklif edilən yeni vilayətin adı “Sərhəd Azərbaycan”, mərkəzi isə Qərbi Azərbaycan vilayətinin ikinci ən böyük şəhəri Xoy olacaq.

Güney Azərbaycan Milli Hərəkatının buna cavabı necə olacaqə Fars şovinistlərinin bədnam layihəsinə qarşı aksiyalar təşkil ediləcəkmiə

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya açıqlamasında molla rejiminin məqsədlərindən danışıb:

“İran hakimiyyəti onillərdir Güney Azərbaycanla bağlı mürtəce siyasət həyata keçirir. Azərbaycan türklərinin milli kimliyini əlindən almaq, tarixi Azərbaycan torpaqlarını, toponimlərini xəritədən silmək istəyirlər. Bundan öncə Zəncanı Şərqi Azərbaycandan ayırıb müstəqil ostan etdilər. İndi də Qərbi Azərbaycan vilayətini bölüb Xoy, Urmiyə ostanları yaratmaq istəyirlər”.

GAMOH yetkilsinin sözlərinə görə, molla rejiminin ərazinin etnik tərkibini dəyişməkdə məqsədi var:

“Kürdləri bu əraziyə yerləşdirib, bölgəni türksüzləşdirmək istəyirlər. Niyyətləri odur ki, Türkiyə ilə sərhəd bölgədə kürdlərin sayı çoxalsın və gələcəkdə qardaş ölkəyə problem yaratsınlar”.

A.Qaradağlı bildirib ki, İran rejiminin bu mürtəce addımı güneydə ciddi narazılığa səbəb olub. Milli Hərəkat yaxın vaxtlarda bununla bağlı etirazlara başlayacaq.

Aydın
Cebhe.info


Oxunma sayı: 4412