hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İranın gələcək taleyi bu gün bəlli olacaq: Pentaqon vəd etdi

İranın gələcək taleyi bu gün bəlli olacaq: Pentaqon vəd etdi

Xəbər verdiyimiz kimi, ABŞ Səudiyyə Ərəbistanında 14 sentyabrda neft emalı zavoduna edilən hücumda İranı günahlandırıb. 

Artıq bununla bağlı Səudiyyə tərəfinə kəşfiyyat məlumatı da təqdim olunub. Ancaq qarşı tərəf hesabatdakı dəlilləri kifayət hesab etmədiyindən, əlavə araşdırmaya ehtiyac duyulub.

Cebhe.info xəbər verir ki, hesabatın mətni rəsmən açıqlanmasa da, Pentaqon Ər-Riyada artıq kriminalistlər göndərib. Onlar araşdırmaya yardımçı olacaqlar. 

Ər-Riyada vəd olunub ki, artıq bu gün İrana qarşı bütün dəlillər təqdim olunacaq. Bu isə İrana qarşı növbəti və daha kəskin cəza tədbirlərini gündəmə gətirir.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 1794