hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İranın Kaşan şəhərindən Qarabağa təyyarə uçub? - Səfirlikdən açıqlama

İranın Kaşan şəhərindən Qarabağa təyyarə uçub? - Səfirlikdən açıqlama

“Son günlər ərzində İran İslam Respublikasının yüksək rütbəli şəxslərinin açıq – aydın mövqe sərgiləməsinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəmin "Azərbaycan Respublikası müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır" açıqlamasının ardından iki ölkənin səmimi əlaqələrinə xələl gətirmək məqsədi güdən iki dost və qardaş ölkənin düşmənləri, bədxahları yalan məlumatlar yayaraq, bir qrup bacı- qardaşlarımızın narahatlığına səbəb olub”.

Cebhe.info xəbər verir ki, bu, İranın Azərbaycandakı səfriliyindən bildirilib.

Səfirliyin məlumatında deyilir ki, İranın Azərbaycan mövqelərini top atəşinə tutması, İranın Kaşan şəhərindən bir təyyarənin Qarabağa uçması və İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər qətiyyən doğru deyil və tamamilə əsassızdır:

“Azərbaycan və İran xalqlarının bədxahları məşum media mexanizmlərindən istifadə etməklə ictimai rəyi aldatmağa və həqiqətləri gizlətməyə çalışırlar. Son günlər yüksək vəzifəli İran rəsmilərinin, xüsusən İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun generallarının Azərbaycan Respublikasına dəstəkləyici açıqlamaları bu saxtakarların yalanlarını ifşa etdi və xainləri qorxu və təşvişə saldı. Çünki bu açıqlamalar iki ölkə xalqlarının düşmənlərinin maskasını cırdı və onların çirkin simalarını şərəfli Azərbaycan xalqı üçün aşkar etdi. Azərbaycanın düşməninə qarşı hərbi əməliyyatlar aparılarkən, İrana qarşı da psixoloji təxribatçı əməliyyatlar aparılır. İranın bu həcmdə təbliğat hücumları və yalan və əsasən gülünc iddialarla üzləşməsi sual doğurur. İran və Azərbaycana qarşı olan bu psixoloji əməliyyatın mətbəxi haradır və kimlər tərəfindən idarə olunur? Şübhəsiz ki, bu cür xəbərlərin əsas məqsədi iki ölkə arasında inkişafda olan münasibətlərin korlanması və düşmənlərin pis niyyətlərinə uyğun olaraq cəmiyyətdə panika yaratmaqdır. Onların məqsədləri, Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisinin vurğuladığı kimi, hər iki ölkəyə xəyanətdir. Biz İran və Azərbaycanın dost və qardaş olduqlarını bir daha vurğulayırıq və bu dostluq və qardaşlıq sonsuza qədər davam edəcək və heç kim onu poza bilməz. İranın Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsində və terrorizmlə mübarizədə dəstəyi davam edəcək. Səfirlik bu yalan və əsassız xəbərlərin yayımlanmasını qətiyyətlə rədd edir və bu əsassız şayiələrin səbəbkarlarını qınayır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6612

Bizim Telegram səhifəmizi izləyin