hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İranın Qarabağ siyasəti: "Tehran münaqişənin davam etməsində maraqlıdır" - POLİTOLOQ

İranın Qarabağ siyasəti: "Tehran münaqişənin davam etməsində maraqlıdır" - POLİTOLOQ

İran XİN rəsmisi Əraqçi Ermənistan Azərbaycan arasında vasitəçilik etməyə hazır olduqlarını qeyd edib.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə münasibət bildirib.

O deyib ki, ötən gün İran Azərbaycanın ərazi bütövlüyünün onun regional strategiyası olduğunu və ölkəmizə dəstəyini ifadə etmişdi:

“Amma, buna baxmayaraq, rəsmi Tehranın Ermənistan Azərbaycan arasında vasitəçilik etməsi münaqişənin heç də həllinə köklənməz. Rəsmi Tehran ümumiyyətlə, işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə keçməsində maraqlı deyil. İranın 1992-ci ildə vasitəçiliyi məlumdur. İranın ən yaxşı halda vasitəçiliyi ondan ibarət ola bilər ki, Ermənistanla iqtisadi əlaqələrini kəssin. Qeyd edim ki, Ermənistan İranın vasitəçiliyinə razıdır. Amma, Türkiyənin vasitəçiliyinə razı deyil.

İran xoşniyyətlidirsə, Yerevana Türkiyə kimi cavab versin. Bunu rəsmi Tehrandan gözləyirik. İran regional münaqişənin davam etməsində maraqlıdır. Bu ölkə Ermənistanla ciddi siyasi-iqtisadi əməkdaşlığı inkişaf etdirməklə, Azərbaycana qarşı müəyyən dərəcədə, guya təzyiq etməklə, balans saxlamağı düşünür”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2652

Bizim Telegram səhifəmizi izləyin