hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İraqda qanlı toqquşma: 5 ölü, 175 yaralı

İraqda qanlı toqquşma: 5 ölü, 175 yaralı

İraqın Nasiriyyə şəhərində etirazçılar ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qanlı toqquşmalar baş verib.

Cebhe.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qarşıdurma zamanı ən az 5 nəfər ölüb, 175-dən çox insan yaralanıb.

Tibbi xidmətdəki mənbə ölümlərin çoxuna güllə yarasının səbəb olduğunu deyib. Yaralılar arasında təxminən 120 etirazçı və ən az 57 hüquq-mühafizə əməkdaşı var.

Etirazçılar qubernatorun istefasını və son bir ildə şəhərdə həlak olan nümayişçilərə ədalət tələb edirlər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 837