hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İraqın şimalında PKK terrorçuları zərərsizləşdirilib

İraqın şimalında PKK terrorçuları zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında PKK-nın altı terrorçusu zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Türkiyənin Hərbi Hava Qüvvələri və MİT-in birgə əməliyyatının gedişatında İraqın şimalında, Qara ərazisində PKK-nın altı terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyənin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib", - xəbərdə bildirilir.

Prezident Rəcəb Tayip Ərdoğan bildirib ki, PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra cinayətlər törədiblər. Bu təşkilat tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı, və 6 800 din sakin öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.

Cebhe.info


Oxunma sayı: 2135