hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

İrəvan Azərbaycana silah satanlardan şikayətçidir: KTMT-də daha bir ETİRAZ

İrəvan Azərbaycana silah satanlardan şikayətçidir: KTMT-də daha bir ETİRAZ

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərinin Azərbaycana silah satması əməkdaşlıq mühitinə və bu təşkilatın nüfuzuna təsir göstərir”. 

Cebhe.info Ermənistan mətbuatına istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan deyib.

O bildirib ki, dəfələrlə Azərbaycana silah satışı ilə bağlı narahatlıqlarını ifadə ediblər: "Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, həm təşkilatın nüfuzuna, həm də əməkdaşlıq atmosferinə təsir göstərir".

Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentində təşkilatın nizamnaməsinə üzv dövlətlərin rəqiblərinə silah satılmaması barədə bəndin əlavə edilməsi təklifi səsləndirilmişdi.

Qeyd edək ki, Azərbaycan 1993-1999-cu illərdə təşkilata üzv olub. Hazırd təşkilatda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan təmsil olunur. Rusiya və Belarus Azərbaycana silah satır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 716