hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İrəvan Qarabağ “qəhrəmanları”ndan üz döndərdi: Qərargaha buraxılmırlar

İrəvan Qarabağ “qəhrəmanları”ndan üz döndərdi: Qərargaha buraxılmırlar

Birinci Qarabağ Savaşının iştirakçısı olmuş, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi cinayətlər və soyqırım törədilməsində bilavasitə iştirak edən şəxslərin bəzisi hazırda ön cəbhəyə buraxılmır.

"Qarabağ qəhrəmanı" adlandırılan bu şəxslər arasında Vitali Balasanyan, Arşavir Qaramyane, Levon Mnasakanyan və digərləri var. Onların ön cəbhəyə buraxılmaması barədə qərarın rəsmi İrəvanda verildiyi deyilir. Bildirilir ki, separatçı rejimin rəhbəri Araik Arutunyan onların təcrübəsinin nəzərə alınması və vahid hərbi strategiyanın hazırlanmasında onlardan istifadəyə tərəfdar olsa da, Ermənistanda başqa qərar qəbul olunub.

Cebhe.info xəbər verir ki, bu barədə "Aysor" yazıb.

Məlumata görə, bu şəxslər bəzi lokal döyüşlərin iştirakçısı olsalar da, ümumi hərbi starategiya hazırlığında iştirak etmirlər. Vitali Balasanyan hətta erməni xalqına müraciət edərək hər kəsi birliyə və döyüşə çağırıb. Ancaq rəsmi İrəvan onların keçmiş “xidmətlərinin” nəzərə alınması və vahid hərbi strategiya hazırlığında onlardan istifadəni məqsədəuyğun bilmir.

Xatırladaq ki, 27 sentyabrdan bəri bir çox yüksək rütbəli erməni hərbçisi, o cümlədən 90-cı illərdə Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş şəxslər ordumuz tərəfindən məhv edilib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3664

Bizim Telegram səhifəmizi izləyin