hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İrəvan təlaşda: “Baş verənlər Rusiyada ciddi təhlil edilir ” - POLİTOLOQ

İrəvan təlaşda: “Baş verənlər Rusiyada ciddi təhlil edilir ” - POLİTOLOQ

“Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır. Ermənistan müdafiə naziri David Tonoyan Ermənistanda yerləşən Rusiya, Yunanıstan, İran və Livan səfirləri ilə görüşərək, Türkiyənin hərbi təlimlərdə iştirakını müzakirə edib. İranın səfiri və hərbi attaşesi ilə nazirin görüşməsi, İranın buna razılıq verməsi, rəsmi Tehranın ikibaşlı siyasətidir. Halbuki, İran yüksək səviyyədə Tovuz təxribatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, İran qeyri-səmimi siyasət aparır:

“İran burada bizə bir söz deyir, Ermənistana bir söz... Belə bir ölkənin Qarabağ məsələsində vasitəçi olmaq istəyi, əlbəttə ki, Azərbaycanın maraqlarına cavab vermir. D. Tonoyan elə ölkələrin səfirləri görüşüb ki, həmin ölkələr bilavasitə Türkiyə və Azərbaycana qarşıdır. İran da burada yer alır. Qeyd edim ki, Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirir. Bu, özlüyündə Türkiyə-Azərbaycan təlimlərinə cavab kimi xarakterizə edilir. Rusiya hərbçilərinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə qatılması mümkündür. Çünki, Ermənistan əsasən, bu kimi təlimləri Azərbaycanın işğal olunmuş ərazilərində keçirir. Ermənistan siyasi rəhbərliyi anti-Rusiya siyasəti həyata keçirməsinə baxmayaraq, Rusiyanın hərbi elitası Ermənistan silahlı qüvvələrinə dəstəyini davam etdirir. Əlbəttə ki, Rusiya bunu öz geosiyasi maraqlarından çıxış edərək edir”.

Politoloqun sözlərinə görə, Ermənistanın Tovuz hərbi təcavüzündə Azərbaycanın hərbi hava qüvvələrinə daxil olan pilotsuz uçan aparatlar birbaşa Ermənistanın daxilində əməliyyat aparırdı. Bu bir daha göstərdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sıradan bir üzvdür və ona real dəstək verilmir:

“Halbuki, KTMT-də birgə havadan müdafiə müqaviləsi var. Həmin müqavilənin bəndləri Ermənistana da şamil edilir. Göründüyü kimi, Tovuz təxribatlarından sonra, Paşinyan Rusiyaya qarşı isteriyanı davam etdirəcək və çalışacaq ki, vətəndaş cəmiyyəti də anti-Rusiya ovqatına köklənsin. Baş verənlər Rusiyada ciddi təhlil edilir və Ermənistan rəhbərliyinin cəzalandırılması, yaxud da bu ölkədən çıxmaq planı reallaşa bilər. Baş verənlərdən aydın olur ki, Rusiyanın ciddi şəkildə Ermənistanda siyasi dayaqları zəifləyib. Orduda olan generallar vasitəsilə bu mövqeyi saxlamağa çalışır. Amma, Ermənistan rəhbərliyinin götürdüyü kurs ölkəsindən Rusiyanı çıxarmaqdır. Buna necə nail olacaqlar, Rusiyanın cavab addımları nə olacaq? Amma bu proseslər Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6095