hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İrəvan yol ayrıcında: Kreml nə qədər səbr edəcək?

İrəvan yol ayrıcında: Kreml nə qədər səbr edəcək?

Noyabrın 10-dan sonra günlər idi ki, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı şiddətlə müşahidə olunan etirazlar artıq səngiyir.

Eyni zamanda birdən ortalığa çıxan Paşinyan partiya liderlərini və etirazçıları kütləvi şəkildə həbs etdirir. Xatırladaq ki, 17 partiyanın yekdilliklə Paşinyanın istefasını istəməsi erməni xalqını da ayağa qaldırmışdı. Əslində, Paşinyanın ya istefa verəcəyi ya da Rusiyanın əli ilə hərbi çevriliş nəticəsində hakimiyyətdən salınacağı gözlənilirdi. Lakin ordu da Paşinyanı dəstəkləyir.

Bu isə Ermənistanda hələlik Paşinyanın mövqeyinin elə də zəif olmadığını göstərir. Paşinyan atəşkəs sazişini imzalasa da, hələlik Ermənistan parlamenti onu ratifikasiya etməyib. Erməni cəmiyyəti isə buna etiraz edərək sənədin ratifikasıyasına qarşı çıxırlar.

Məhz kütləvi etirazlar da bunun göstəricisidir. Əgər Paşinyan dekabradək devrilməsə, Ermənistanın NATO-ya inteqrasiya edə biləcəyi düşünülür. Buna isə Rusiyanın asanlıqla göz yumacağı heç gözlənilən deyil.

Əgər Paşinyan Ermənistanın NATO-ya inteqrasiyasına çalışsa, Moskva hansı addımları ata bilər?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Paşinyanın hakimiyyətdə qalması hələlik Kremli qane edir:

“Kreml hələlik Paşinyanın devrilməsini istəmir. Atəşkəslə bağlı üç tərəfli imzalanmış sənəd müəyyən qədər işləkliyə düşəndən sonra, yəni hər bir daş öz yerinə oturandan sonra Moskva Paşinyanın məsələsini bütün ciddiyyəti ilə qaldıracaq. O zaman Paşinyanın etmək istədiyi başqa şeylər baş tutmayacaq. Hələlik Paşinyanın hakimiyyətdə qalması hamını qane edir, təkcə erməni xalqından başqa. Paşinyan erməni xalqına qarşı da repressiya başladıb. Artıq Ermənistanda etirazçılar kütləvi şəkildə həbs olunur. Paşinyan bu repressiyalar yolu ilə xalqı yola gətirəcək”.

Politoloq Ermənistanda Paşinyanı istefaya səsləyən partiya liderlərinin həbsinə də münasibət bildirib:

“Əgər Ermənistandakı kimi bizdə partiya liderlərinin belə həbsi olsaydı, indi kim bilir Avropa nələrə əl atmışdı. Lakin Avropa Ermənistanda məsələyə ikili standartlarla, xristian təəssübkeşliyi ilə yanaşır. Avropa hazırda Qarabağ dərdindədir, Paşinyanı demokrat hesab edir. Ona görə də onun həbslərlə bağlı siyasətinə heç bir maneə olmur. Biz olsaydıq, hər şey edərdi”.

Ekspert əlavə edib ki, Rusiya atəşkəs sazişi ilə bağlı istədiyini əldə etdikdən sonra Paşinyanla bağlı istədiyinə nail olacaq:

“Burda əsas məsələ Rusiyanın atəşkəs sazişi ilə bağlı istədikləridir. Həmin saziş təsdiqlənib işlək vəziyyətə düşdükdən sonra Rusiya Ermənistanda Paşinyanla bağlı arzuladığına nail olacaq. Baxmayaraq ki, Paşinyan Qərbin adamıdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 9813

Bizim Telegram səhifəmizi izləyin