hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

İrəvanda radikallar yeni Qarabağ mövzusu tapdı: Paşinyan oyundan kənardadır- RƏY

İrəvanda radikallar yeni Qarabağ mövzusu tapdı: Paşinyan oyundan kənardadır- RƏY

İrəvandakı radikallar Dağlıq Qarabağı Ermənistana birləşdirməyi təklif edirlər. Həmin radikalların maraqlı məntiqi var: “Dağlıq Qarabağın Abxaziyalaşma prosesi baş verə - bölgə Rusiyanın təsiri altına düşə bilər”. Əslində bu açıqlama onun etirafıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ separatçıları İrəvanın deyil, Moskvanın təlimatlarını yerinə yetirirlər və bunu Ermənistandakı siyasi güclər də görürlər”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu bildirib ki, Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” ideyasına qarşı ilk çıxan elə yerli separatçılardır: “Separatçılar bu “təklifin” əleyhinə çıxırlar? Çünki həqiqətən həm İrəvana, həm də Moskvaya qulluq etmək istəyirlər, birinin xeyrinə seçim etmək istəmirlər. Bu da bir növ separatçıların balans siyasətidir. Maraqlısı odur ki, bu müzakirələrə baş nazir Nikol Paşinyan qoşulmur. Görünür, onun hazırda əsas hədəfi 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisində” öz adamını bölgədə yerləşdirməkdir”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 1361