hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İrəvanda "hərbi əsirləri" gözləyirdilər: Ceyhun Bayramov Bakıda "mövzunu bağladı"

İrəvanda "hərbi əsirləri" gözləyirdilər: Ceyhun Bayramov Bakıda "mövzunu bağladı"

"Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın Baş prokuroru İqor Krasnovu qəbul edib. Krasnov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Böyük ehtimalla Rusiyanın Baş prokuroru “əsirlər” məsələsi ilə bağlı danışıqlar da aparıb".

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Gün ərzində İrəvanda enən təyyarədə “erməni əsirlərin” geri qaytarılacağı xəbərləri yayılmağa başlandı. Ancaq Ermənistan Baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək İrəvana enən təyyarənin içində heç bir “erməni əsir”in olmadığını yazdı. İrəvanda “əsirlər”i gözləyərkən Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”.

“İskəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlər”in - erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək”,- deyə politoloq vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 2245