hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İrəvanda itkin düşən erməni hərbçilərin yaxınları aksiya keçirir

İrəvanda itkin düşən erməni hərbçilərin yaxınları aksiya keçirir

İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin yaxınları yenidən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirirlər.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, itkin düşən əsgərlərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, bundan əvvəl Müdafiə Nazirliyində keçirilən görüşdə onlara verilən vədlər yerinə yetirilməyib, ona görə də yenidən aksiya keçirməyə məcbur qalıblar.

“Hələ heç kim bizimlə görüşə gəlməyib. Dərdimizi bölüşənlərin hamısını bizə qoşulmağa çağırıram. Övladlarımızın məsələsi həll olunana qədər burada qalacağıq ”, - Qukasyan əlavə edib.

Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərin ailələri mütəmadi olaraq etiraz aksiyaları keçirirlər.

Cebhe.info


Oxunma sayı: 265