hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İrəvanda Paşinyan əleyhinə qeyri-adi aksiya keçirilib

İrəvanda Paşinyan əleyhinə qeyri-adi aksiya keçirilib

Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları ötən gün paytaxt İrəvanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər.

Cebhe.info xəbər verir ki, hərəkatın fəalları Hökumət binasının qarşısında yerə "Antinikol" sözlərinin yazıldığı plakatlar yapışdırıblar:

"Əvvəlki aksiyanı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş Razılaşması" Partiyasının qərargahı qarşısında keçirdik. Bundan sonra vətəndaşlar bizə müraciət edərək, "antinikol" sözlərinin yazıldığı plakatları verdilər".

Polis aksiya iştirakçılarının plakatlarını cırıb.

Cebhe.info


Oxunma sayı: 463