hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

İrəvanda valyutadəyişmə məntəqəsinə hücum: Nəqliyyatın hərəkəti dayandırıldı

İrəvanda valyutadəyişmə məntəqəsinə hücum: Nəqliyyatın hərəkəti dayandırıldı

İrəvandakı valyutadəyişmə məntəqələrindən birində oğurluq hadisəsi törədilib.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, silahlı şəxs məntəqəyə daxil olaraq, xeyli miqadarda pul oğurlayıb və hadisə yerindən dərhal uzaqlaşıb.

Ermənistan Polis İdarəsinin rəisinin birinci müavini Aram Ovannisyan, İrəvanın polis rəisi Sevan Köçəryan və polis rəisinin müavini Artur Zakaryan hadisə yerinə yollanıb.

Mənbə qeyd edir ki, cinayətin ağırlığını nəzərə alaraq Kentron və Nork-Maraş inzibati ərazi dairələri prokurorları Petros Martirosyan və Narek Movsisyan da hadisə yerindədirlər.

Hazırda küçədə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Naibə
Cebhe.info


Oxunma sayı: 496