hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İş adamları Paşinyanla görüşü yarımçıq tərk edib

İş adamları Paşinyanla görüşü yarımçıq tərk edib

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabr ayında ABŞ-ın Los-Ancelesə səfəri zamanı erməni diasporasının etirazı ilə qarşılaşıb.

Cebhe.info-nun məlumatına görə, bu barədə Ermənistanın “İrates” qəzeti açıqlama yayıb.

Qeyd edilir ki, N.Paşinyan Los-Ancelesdə erməni kilsəsinə getməkdən imtina edib. Bu isə yalnız yerli din adamları deyil, dünyəvi ermənilər arasında da dərin təəccüb və qəzəbə səbəb olub. 

“O, mitinqdə iştirak edir, ancaq kilsəyə getməyi vacib hesab etmir”, - deyə Erməni Apostol Kilsəsinin Ruhani Şurasının bir gün sonra keçirilən iclasında Los-Anceles nümayəndəsi belə deyib. Kilsə nümayəndəsinin ruhani şura üzvlərinə verdiyi məlumata görə, Nikol Paşinyanla iş adamlarının görüşü zamanı ABŞ-dakı erməni biznesmenlərin bir qrupu “Qoy, boş-boş danışsın, onun söyləyəcək bir sözü yoxdur”, - deyərək zalı tərk edib. 

Müfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 518