t İşçi bazarı: “Qara mühasibatlıq” aradan qalxır - Nazir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

İşçi bazarı: “Qara mühasibatlıq” aradan qalxır - Nazir

İşçi bazarı: “Qara mühasibatlıq” aradan qalxır - Nazir

"Vergitutma bazasının genişlənməsi fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin əmək haqlarının artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib". 

Cebhe.info xəbər verir ki, bunu "2019-cu ilin sosial-iqtisadi yekunları"na həsr olunmuş tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib: 

"2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizə enməsi gözlənilir". 

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 595